22 oktyabr 2024. Çərşənbə axşamı

Komandama uzaqdan dəstək olacaq - Aşdod'un futbolçusu


Komandama uzaqdan dəstək olacaq - Aşdod'un futbolçusu

İsrailin “Aşdod” komandasının futbolçusu Məhəmməd Knaan əməliyyat olunub.

Corner.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məhəmməd “Aşdod”un “Qarabağ”a qarşı keçirəcəyi Konfrans Liqasının 2-ci mərhələ oyunlarını buraxacaq.

Yarımmüdafiəçi “Qarabağ”la oyunlar üçün “Aşdod”la Bakıya gəlməyəcək. O, Ağdam təmsilçisi ilə görüşdə komandasına uzaqdan dəstək olacağını bildirib:

“Mövsümün başlanğıcını və “Qarabağ”a qarşı oyunları buraxacağım üçün çox məyusam. Mümkün olan ən qısa zamanda geri qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Komandamla Bakıya yollanmayacam. “Qarabağ”la oyunu izləyəcəm və komandama uzaqdan dəstək olacam”.

İyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, İsraildə olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda