22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın Aşdod'la matçının hakimi dəyişdirildi


Qarabağ'ın Aşdod'la matçının hakimi dəyişdirildi

Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” (İsrail) matçının baş hakimi dəyişib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı ukraynalı referi Sergey Boyko idarə edəcək. Ona polşalı yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını da Polşadan Pyotr Lasyik yerinə yetirəcək.

Daha əvvəl qarşılaşmanın baş hakimi polşalı Kşiştof Yakubik təyin olunmuşdu.

İyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” matçı saat 20:00-da start götürəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda