- Konfrans liqası
- 02:04 08.11.2024
İsrailin “Aşdod” komandasının baş məşqçisi Ran Ben Şimon Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu oyun göstərəcək. Püşkatmadan sonra “Qarabağ”ı araşdırdıq. Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur.
“Qarabağ”ın ötən mövsüm “Makkabi”yə qarşı keçirdiyi oyunları izləmişəm. Bizim çempion mərhələ adlamışdı. Amma iki bərabərsəviyyəli oyun olub. Təbii ki, “Qarabağ”a hörmətlə yanaşırıq.
“Qarabağ”dan çəkinirəmmi? Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm. (gülür) Çünki o, güclü şəxsiyyətdir”.