22 oktyabr 2024. Çərşənbə axşamı

Evdəki oyuna tam fərqli yanaşma olacaq - Ayxan Abbasov


Evdəki oyuna tam fərqli yanaşma olacaq - Ayxan Abbasov

"Çətin oyun gözləyirdik. Hələ rəqibi analiz edəndə keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirdik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiyada "Çukariçki" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis gənc kollektiv olduqlarını bildirib: "Bu səbəbdən öz oyunumuzu tapmaq bir az vaxt aldı. Səfərdə heç-heçəyə nail olduq. İnanıram ki, azrkeşlərimiz önündə yaxşı nəticə əldə edəcəyik. Rəqib meydanında müdafiədən oynamağa məcbur idik. Evdəki oyuna tamam fərqli yanaşma olacaq".

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.(report)







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda