- Konfrans liqası
- 02:04 08.11.2024
"Oyunun əvvəlləri gərgin keçdi. Rəqib güzəştə getmək istəmirdi. Sonradan təzyiqi artırdıq və standart vəziyyətdən ilk qolu vurduq. Bundan sonra vəziyyət lehimizə dəyişdi".
Corner.az-ın məlumatına görə, bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov evdə "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis Bakı klubunun heyətində moldovalı qapıçı Stanislav Namaşkonu fərqləndirib: "Rəqibin qolkiperi əla oynadı. Hesabın daha da böyüməsinə imkan vermədi. Belə demək mümkünsə, möcüzə gerçəkləşdirdi, futbol qəhrəmanlığı göstərdi".
Fedotov cavab oyununa daha ciddi hazırlaşacaqlarını vurğulayıb: "Həmin matça hələ 1 həftə var. Ciddi hazırlaşacağıq. Son vuruşlar üzərində işləyəcəyik".
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq.(report)