- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Azarkeşlərimizə təşəkkür etməyə borcluyam. Uzun fasilədən sonra bizi tribunada dəstəklədikləri üçün onlara minnətdaram".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
29 yaşlı müdafiəçi bildirib ki, isti hava şəraiti və stadionun ot örtüyünün istənilən kimi olmaması çətinlik yaşadıb: "90 dəqiqə intizamlı oynadıq. Qol fürsətlərindən istifadə etsəydik, daha yaxşı olardı. Şanslar bərabərdir. Səfər matçına daha yaxşı hazırlaşacağıq".
Qarayevin sözlərinə görə, ilk matçlarda komanda fiziki baxımdan tam hazır olmur: "Düşünürəm ki, baş məşqçinin tapşırıqlarını 85 - 90 faiz yerinə yetirdik. Getdikcə hər şey daha yaxşı olacaq. Oradakı hava şəraitini də düşünürük. Yayın ən isti günlərini yaşayırıq. Bu da oyun keyfiyyətini aşağı salan havadır. Əlimizdən gələni etməyə çalışdıq. 100 faizlik imkanlarımız olsa da, yararlana bilmədik. Səfərdə qalib gəlməyə köklənəcəyik".