8 avqust 2026. Şənbə

Qriqorçuk qovuldu


Qriqorçuk qovuldu

Belarusun “Şaxtyor” klubunda baş məşqçi Roman Qriqorçuk vəzifəsindən azad edilib.

Corner.az xəbər verir ki, bu barədə Soliqroski təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Şaxtyor” Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda Lüksemburqun “Fola” komandasına uduzub – 1:2. Bu məğlubiyyət ukraynalı mütəxəssislə yolların ayrılmasına səbəb olub.

Qriqorçuk ötən ilin yayından “Şaxtyor”u çalışdırırdı. O, 2015-2018-ci illər aralığında “Qəbələ”də baş məşqçilik edib.







Konfrans liqası

"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu