24 noyabr 2024. Bazar günü

Qarabağ'ın qorxulu komanda olmadığını gördük


Qarabağ'ın qorxulu komanda olmadığını gördük

"Bu, uzun fasilədən sonra ilk oyunumuz idi. Çətin səfər görüşündə yaxşı nəticə qazandıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri İsrailin "Aşdod" klubunun qapıçısı Yoav Gerafi Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı qolkiper matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün vəziyyətindən narazılığını bildirib: "Meydanın durumu baxımlı oyun göstərməyə imkan vermirdi. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə etdik. Düşünürəm ki, cütün taleyini evdə həll edə bilərik".

Gerafi "Qarabağ"ın gözlədikləri kimi təhlükəli komanda olmadığını söyləyib: "Mərhələni keçəcəyimizə inanırıq. Gördük ki, "Qarabağ" elə də qorxulu rəqib deyil. Düzdür, keyfiyyətli oyunçulara sahib yaxşı komandadır. Amma onları keçə bilərik".

Qeyd edək ki, "Aşdod" və "Qarabağ" arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.







Konfrans liqası