7 noyabr 2026. Şənbə

Soçi klubunun prezidenti Keşlə üzərində qələbəni şərh etdi


Soçi klubunun prezidenti Keşlə üzərində qələbəni şərh etdi

Rusiyanın “Soçi” klubunun prezidenti Boris Rotenberq Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Keşlə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Corner.az xəbər verir ki, 64 yaşlı funksioner, “Matç TV”yə açıqlamasında bunları söyləyib:

“Dünənki qələbəyə görə çox xoşbəxtəm. Bütün azarkeşlərimizi təbrik edirəm. Komandamız düzgün yoldadır: Hər şey irəlidədir. Qarşıda bizi daha çox görüş gözləyir”.

Qeyd edək ki, “Keşlə” ilə ev oyunu “Soçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı iyulun 29-da Bakıda baş tutacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi