- Konfrans liqası
- 01:54 14.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsraildə "Aşdod"la qarşılaşacaq "Qarabağ" səfərə bu gün yollanacaq.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, komanda saat 18:00-da çarter reysi ilə İsrailə uçacaq.
Zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev Aşdoda aparılmayacaq. İlk qarşılaşmada qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Maksim Medvedev isə kollektivlə birlikdə olacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyun öncəsi mətbuat konfransı sabah Bakı vaxtı ilə saat 20:30-a nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyun qolsuz heç-heçə ilə başa çatıb. (report)