10 aprel 2025. Cümə axşamı

Qarabağ'dan çəkinmirik - Gil Koen


Qarabağ'dan çəkinmirik - Gil Koen

"Oyuna maksimum dərəcədə yaxşı hazırlaşırıq. Hər şeyin öz əlimizdə olduğunu göstərmək üçün bütün lazımi işləri görmüşük".

Corner.az-ın məlumatına görə, bu fikirləri İsrail "Aşdod"unun futbolçusu Gil Koen "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı israilli müdafiəçi Ağdam təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib: "Qarabağ" yaxşı komandadır. Amma onlardan çəkinmirik. Meydana çıxıb, əlimizdən gələni edəcəyik. Hiss edirik ki, mərhələni keçə bilərik. Lakin bunun üçün oyunumuzu inkişaf etdirməli və bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".

Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.(report)







Konfrans liqası