5 dekabr 2025. Cümə

Keşlə - Soçi oyununu izləyəcək azarkeş sayı açıqlanıb


Keşlə - Soçi oyununu izləyəcək azarkeş sayı açıqlanıb

"Keşlə" klubu Rusiyanın "Soçi" komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün satışa 1 300 bilet çıxarıb.

Bakı klubundan verilən məlumata görə, qiymətlər sektorlar üzrə 2 manat, 3 manat və 5 manat arasında dəyişir.

Artıq biletlərin böyük hissəsi satılıb. Oyun gününədək bütün biletlərin alınacağı gözlənilir.

Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Rusiya klubu 3:0 hesablı qələbə qazanıb.(report)







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü