22 oktyabr 2024. Çərşənbə axşamı

Sumqayıt'dan daha yaxşı komanda olduğumuzu sübut edəcəyik


Sumqayıt'dan daha yaxşı komanda olduğumuzu sübut edəcəyik

"İlk oyunda çox şansımız oldu. Amma bunları dəyərləndirə bilmədik. Həmin matça yaxşı hazırlaşmışdıq. 16 dəfə küncdən zərbə yerinə yetirdik. Bu, bizim necə oynadığımızı göstərir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Milan Saviç "Sumqayıt"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl "Zurnal" nəşrinə müsahibəsində deyib.

21 yaşlı futbolçu cavab görüşündə yaxşı komanda olduqlarını sübut edəcəklərini bildirib: "Hədəflərimiz eynidir. Heç nə dəyişməyib. Daha da irəli getmək niyyətindəyik. Səfərdə necə oynacağımızı bilirik. Ümid edirəm ki, ilk qarşılaşmadakı kimi Azərbaycanda da daha yaxşı komanda olduğumuzu sübut edəcəyik. Rəqib ilk oyunda şüurlu şəkildə müdafiə olundu. Ən az bir qol vura bilsəydik, cavab görüşü daha asan olardı".

Qeyd edək ki, bu gün "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Çukariçki" matçı saat 20:00-da başlayacaq. İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) duelinin güclüsü ilə qarşılaşacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda