22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'la iki matçda yaxşı oynadıq


Qarabağ'la iki matçda yaxşı oynadıq

İsrailin “Aşdod” komandasının baş məşqçisi Ran Ben Şimon Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Kifayət qədər güclü komandaya uduzduq. Bir neçə qol şansı yaxalasaq da, son zərbələrdə dəqiqlik çatmırdı. Əlimizdən gələni etsək də, heç nə alınmadı və məğlub olduq. Hər iki oyunda yaxşı oynadıq. Kimlərsə özünə haqq qazandırmaq üçün futbolçuların Avropa təcrübəsinin olmadığını söyləyə bilər. Amma mən özümü o yerə qoymaq istəmirəm. “Qarabağ”la səfərdəki əla nəticədən sonra heç kim mənə heyətlə bağlı sual vermədi. Bizim əla oyunçularımız var. Oturub hansı mövqelərin gücləndirilməli olduğumuzu danışacağıq. Bunun üçün bir aya yaxın vaxtımız var”.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda