7 noyabr 2026. Şənbə

Konfrans Liqası: Qarabağ'ın növbəti rəqibi bilindi


Konfrans Liqası: Qarabağ'ın növbəti rəqibi bilindi

“Qarabağ”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Kiprin AEL komandası ilə qarşılaşacaq.

Limassol şəhərini təmsil edən bu komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Vlajniya”nı (Albaniya) məğlub edib. Kipr klubu bu rəqibinə həm səfərdə, həm də öz meydanında eyni hesabla qalib gəlib – 1:0.

“Qarabağ”ın AEL ilə ilk oyunu avqustun 5-də Limassolda, cavab qarşılaşması isə avqustun 12-də Bakıda keçiriləcək.

Qeyd edək ki, Qurban Qurbanovun çalışdırdığı komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”u mübarizədən kənarlaşdırıb – 0:0, 1:0.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi