- Konfrans liqası
- 02:04 08.11.2024
"Oyuna yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq. Bu, qarşılaşmanın sonunda bizə baha başa gəldi".
Corner.az-ın məlumatına görə, bu fikirləri İsrailin "Aşdod" klubunun qapıçısı Yoav Gerafi evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra deyib.
28 yaşlı qolkiper mərhələdə adlaya bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Onları keçə biləcəyimiz barədə nikbin idik. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük".
Gerafi daxili çempionata köklənəcəklərini sözlərinə əlavə edib. O, "Aşdod"un yaxşı oyunçulara malik olduğunu vurğulayıb: "Heyət çox gəncdir. Bəzi futbolçular avrokubokda ilk oyunlarına çıxdı. Bu mövsüm daha yaxşı komanda olacağımıza inanıram".
Qeyd edək ki, Bakıdakı ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə edən "Qarabağ" III təsnifat mərhələsində Kiprin AEL (Limassol) klubu ilə qarşılaşacaq. İlk matç avqustun 5-də səfərdə, cavab oyunu avqustun 12-də evdə gerçəkləşəcək.(report)