7 noyabr 2026. Şənbə

Qarabağ'ın Kipr klubu hər iki matçının hakimləri bilindi


Qarabağ'ın Kipr klubu hər iki matçının hakimləri bilindi

"Qarabağ"ın Kiprin AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində hər iki oyunu üçün təyinatlar açıqlanıb.

Corner.az-ın məlumatına görə, Larnaka şəhərindəki ilk qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Qlenn Nyuberqə yan xətt hakimləri Mahbod Beygi, Andreas Söderkvist yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.

Cavab matçı isə estoniyalı hakimlərə həvalə olunub. Görüşü Kristo Tover idarə edəcək. Laysmanlar Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

Qeyd edək ki, "Qarabağ" ilk oyununu avqustun 5-də "AEK Arena"da keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab matçının başlama saatı isə 20:00-dır.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi