- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
İsraildə "Aşdod" klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda (1:0) zədələnən "Qarabağ"ın futbolçusu Rahil Məmmədovun durumuna aydınlıq gəlib.
Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, bu gün MRT müayinəsindən keçən 26 yaşlı müdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Həkimlərin ilkin diaqnozuna görə, Məmmədov Kiprin AEL komandasına qarşı III təsnifat mərhələsinin hər iki görüşünü buraxacaq.
Qeyd edək ki, "Qarabağ" Limassol təmsilçisi ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.(report)