- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bizi "Qarabağ"a qarşı iki çətin qarşılaşma gözləyir. Növbəti raunda adlamaq üçün hər iki matçda möhtəşəm oynamaq istəyirik".
Corner.az-ın məlumatına görə, bu fikirləri Kiprin AEL klubunun braziliyalı futbolçusu Euller Silva "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə "Lance" nəşrinə açıqlamasında bildirib.
26 yaşlı müdafiəçi hər iki görüş üçün çox motivasiyalı olduqlarını bildirib: "Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Cari mövsüm bunu gerçəkləşdirmək üçün mübarizə aparacağıq".
Xatırladaq ki, "Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də "AEK Arena", cavab qarşılaşmasını avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.