- Konfrans liqası
- 17:17 20.12.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü mərhələsində AEL-ə (Kipr) qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bildirib.
Corner.az xəbər verir ki, o, rəqibin heyətinin yaxşı olduğunu deyib:
“Çox maraqlı komandaya qarşı oynayacağıq. Rəqibin geniş heyəti var və fərdi ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Bununla bərabər, kollektiv oyuna həddindən artıq üstünlük verirlər. Düşünürəm ki, mənim üçün belə komandalara qarşı oynamaq maraqlı olub. Belə oyunlarda daha çox düşünmək, diqqətli və məsuliyyətli olmaq lazımdır. İnanıram ki, bu günlərdə rəqibi futbolçularımıza yaxşı tanıda bilmişik.
Futbolçular sabahkı oyuna tam hazırdırlar. Yeni transferlər oynamağa hazırdır. Riçard Almeyda daha hazırlıqlıdır, nəinki Qaspar Zamora. Qaspara bir az vaxt lazımdır. Bu oyunda onun sağlamlığına hər hansı bir təhlükə yoxdursa, meydana çıxa bilər. Ümumilikdə, Riçardın hazırlığı daha yaxşıdır”.
Sabah keçiriləcək AEL – “Qarabağ” matçı saat 21:00-da start götürəcək.