- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL klubu ilə “Qarabağ” arasında keçirilən ilk oyunda qalmaqal yaşanıb.
Corner.az xəbər verir ki, hadisə Azərbaycan təmsilçisinin 90+3-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra baş verib.
Abdullah Zubirin bərabərlik qolundan sonra kiprli azarkeşlər “Qarabağ”ın texniki zonasında oturan şəxslərə, xüsusilə də baş məşqçi Qurban Qurbanova qarşı təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Bu üzdən də tərəflər arasında qalmaqal yaşanıb. Qarşılaşmanın hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb.
Yeri gəlmişkən, bu qarşılaşmanın baş hakimi Qlenn Nyuberq zədələnib. Matçı davam etdirə bilməyən isveçli referini 80-ci dəqiqədə həmyerlisi Boyan Panciç əvəzləyib