22 oktyabr 2024. Çərşənbə axşamı

Cavab görüşündə qələbə qazana bilərik - AEL'in baş məşqçisi


Cavab görüşündə qələbə qazana bilərik - AEL'in baş məşqçisi

"Bütün 90 dəqiqə boyunca yaxşı oynaya bilmərsən. Hansı rəqibə qarşı çıxış etdiyimizi unutmamalıyıq. Onlar daim avrokubokların qrup mərhələsinə vəsiqə qazanırlar".

Corner.az-ın məlumatına görə, bu fikirləri Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfrasında deyib.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə bərabər səviyyədə mübarizə apardıqlarını bildirib: "Matçda çox da qol imkanları olmadı. Üstünlük bizim tərəfdə idik. Ehtiyatlı davransaydıq, ikinci qolu da vura bilərdik. Növbəti mərhələ üçün hər şeyi edəcəyik. Turu keçmək şansımız var. Bugünkü oyundan dərs aldıq. Təcrübəli komanda ilə qarşılaşdıq".

O, cavab matçında qalib gələ biləcəklərini sözlərinə əlavə edib: "Sonda qol buraxmağımız yaxşı deyil. Azarkeşlərə təşəkkür edirəm. Amma daha çoxunu gözləyirəm. Mənim üçün heç nə bitməyib. Azərbaycana növbəti mərhələ iddiası ilə yollanacağıq".







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda