22 oktyabr 2024. Çərşənbə axşamı

Mərhələni keçəcəyimizə inanırıq - AEL'in futbolçusu


Mərhələni keçəcəyimizə inanırıq - AEL'in futbolçusu

"Düşünürəm ki, heç-heçəyə layiq deyildik. Yaxşı mübarizə apardıq. Sadəcə, son dəqiqələrdə qol buraxdıq. Bu qol bizi Bakıdakı cavab matçında da daha güclü etməlidir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Kipr AEL-inin futbolçuu Stefan Çepoviç evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Serbiyalı hücumçu Ağdam klubundan daha yaxşı oynadıqlarını bildirib: "İkinci hissənin əvvəlində sürəti artırdıq. Bu da sonda qolla nəticələndi. Mərhələni keçəcəyimizə inanırıq. Bunun üçün hər şeyi edəcəyik".

31 yaşlı forvardın sözlərinə görə, cavab görüşündə daha diqqətli və ehtiyatlı oynamalıdırlar: "Bugünkü nəticədən dərs çıxarmalı, səfərdə daha yaxşı oynayıb, pley-offa yüksəlməliyik".

Qeyd edək ki, "Qarabağ" və AEL arasında cavab matçı avqustun 12-də olacaq.(report)







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda