22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: Trabzonspor'dan heç-heçə, Sivasspor'dan qələbə


Konfrans Liqası: Trabzonspor'dan heç-heçə, Sivasspor'dan qələbə

Avropa Konfrans Liqasında III mərhələnin ilk oyunlarına yekun vurulub.

Corner az xəbər verir ki, sonuncu oyun günündə daha 30 qarşılaşma baş tutub.

Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi səfərdə AEL-in qonağı olub və meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Şotlandiyanın “Aberdin” komandası səfərdə İslandiya “Breydablik”i ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb. Bu cütün qalibi pley-offda “Qarabağ” – AEL cütünün qazananı ilə qarşılaşacaq.

Türkiyənin “Trabzonspor” komandası doğma meydanda Norveç “Molde”sini sınağa çəkib. Altı qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib. Türkiyənin turnirdəki digər təmsilçisi “Sivasspor” isə Gürcüstanın “Dinamo” (Batumi) komandasına səfərdə qalib gəlib.

Xatırladaq ki, ilk oyun günündə iki görüş baş tutub. İrlandiyanın “Bohemian” klubu doğma meydanda Yunanıstan PAOK-u üzərində qələbəyə sevinib. Şimali İrlandiya “Linfild”i isə evdə Lüksemburq “Fola”asına uduzub.

Avropa Konfrans Liqası
III təsnifat mərhələsi
3 avqust

Bohemian (İrlandiya) – PAOK (Yunanıstan) 2:1

Linfild (Şimali İrlandiya) – Fola (Lüksemburq) 1:2

5 avqust

Tobol (Qazaxıstan) – Jilina (Slovakiya) 0:1

Soçi (Rusiya) – Partizan (Serbiya) 1:1

KuPS (Finlandiya) – Astana (Qazaxıstan) 1:1

Lokomotiv (Bolqarıstan) – Kopenhagen (Danimarka) 1:1

Elfsborq (İsveç) – Velej (Bosniya və Herseqovina) 1:1

AEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:1

Vitess (Niderland) – Dandalk (İrlandiya) 2:2

Laçi (Albaniya) – Anderlext (Belçika) 0:3

Rusenborq (Norveç) – Domjale (Sloveniya) 6:1

Voyvodina (Serbiya) – LASK (Avstriya) 0:1

ÇSKA (Sofiya, Bolqarıstan) – Osiyek (Xorvatiya) 4:2

Dinamo (Batumi, Gürcüstan) – Sivasspor (Türkiyə) 1:2

Riqa (Latviya) – Hibernians (Malta) 0:1

Makkabi (Hayfa, İsrail) – HB Torshavn (Farer adaları) 7:2

Trabzonspor (Türkiyə) – Molde (Norveç) 3:3

Pasuş de Fereyra (Portuqaliya) – Larne (Şimali İrlandiya) 4:0

Kolos (Ukrayna) – Şaxtyor (Karaqandi, Qazaxıstan) 0:0

Şlensk (Polşa) – Hapoel (Beer-Şeva, İsrail) 2:1

Priştina (Kosovo) – Bodo Qlimt (Norveç) 2:1

Spartak (Trnava, Slovakiya) – Makkabi (Təl-Əviv, İsrail) 0:0

Gent (Belçika) – RFS (Latviya) 2:2

Lütsern (İsveçrə) – Feyenoord (Niderland) 0:3

TNS (Uels) – Viktoriya (Çexiya) 4:2

Hibernian (Şotlandiya) – Riyeka (Xorvatiya) 1:1

Çukariçki (Serbiya) – Hammarbü (İsveç) 3:1

Rakuv (Polşa) – Rubin (Rusiya) 0:0

Breydablik (İslandiya) – Aberdin (Şotlandiya) 2:3

Uypeşt (Macarıstan) – Bazel (İsveçrə) 1:2

Şemrok Rovers (İrlandiya) – Teuta (Albaniya) 1:0

Santa-Klara (Portuqaliya) – Olimpiya (Sloveniya) 2:0







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda