- Konfrans liqası
- 02:04 08.11.2024
"Hər bir azərbaycanlı üçün bunu izləmək çox ağırdır. Xüsusilə də səfərdə olanda adam çox naharat olur və orada nə baş verdiyini bilmir".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdiyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.
39 yaşlı mütəxəssis son illərdə Azərbaycan təmsilçilərinə qarşı Kiprdə təxribatlar törədildiyini xatırladıb: "Neftçi"yə, "Qəbələ"yə və "Qarabağ"a qarşı belə hallar çox olub. Mənim 16-17 yaşım olanda "Neftçi" APOEL səfərində belə halla üzləşmişdi. Həmin vaxt ixtişaş yaşandı, səhv etmirəmsə Türkiyənin və bizim bayrağımız yandırılmışdı. Həmişə biz Kipr səfərinə gedəndə belə hal baş verir. Hamı kimi mən də dünən narahat idim. Şükürlər olsun ki, hər şey yaxşı bitdi, oyun sona çatdı və heç kim zərər görmədi".
Sadıqov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılara da uğurlar arzulayıb: "Olimpiyadada iştirak etmək hər idmançı üçün böyük uğurdur. İkinci mərhələdə isə medal qazanmaq nailiyyət hesab edilir. Hamının arzusudur ki, qızıl medal qazansın. Hacı Əliyev və Rafael Ağayev bu gün çox uğurlu çıxış etdi. Onlar finala qədər irəlilədi. Bu günə qədər yalnız bürünc medallarımız var idi. Hər ikisi olimpiadada yaxşı uğura imza atdı. Sabah Hacı Əliyevi ağır görüş gözləyir. Rəqib Yaponiyanın əsas qızıl medal ümidlərindəndir. Son dünya çempionatında Hacı ona məğlub olub. Ümid edirəm ki, sabah gedişat fərqli olacaq və Hacı Əliyev qızıl medal qazanacaq. O, finalda məğlub olsa da, yenə də böyük uğura imza atıb. Onu təbrik edirəm. Rafael Ağayev də finalda 0:1 hesabı ilə uduub. Amma bu yaşda belə nəticə vermək çətindir. Bütün medal qazanan, olimpiadada iştirak edən idmançıları təbrik edir, onlara uğurlar arzu edirəm".