5 may 2026. Çərşənbə axşamı

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb


Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Corner.az-ın məlumatına görə, o, Lüksemburqun "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq. İlk oyunda Lüksemburq təmsilçisi qələbə qazanıb - 2:1.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi