22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın avrokubok matçına satılmış biletlərin sayı açıqlanıb


Qarabağ'ın avrokubok matçına satılmış biletlərin sayı açıqlanıb

"Qarabağ" və Kiprin AEL klubları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 5 minə yaxın bilet satılıb.

Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, avqustun 12-də oynanılacaq "Qarabağ" - AEL qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasında Kiprdəki matç 1:1 hesabı ilə bitib.(report)







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda