22 oktyabr 2024. Çərşənbə axşamı

AEL Qarabağ'ı keçəcək gücdədir


AEL Qarabağ'ı keçəcək gücdədir

Kiprin AEL (Limassol) komandasının sol cinah müdafiəçisi Euller Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Corner.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu görüşü belə şərh edib:

“Qarabağ” səddini keçmək və növbəti mərhələyə yüksəlmək üçün daha bir yaxşı oyun sərgiləmək istəyirik. Bütün kollektiv bu oyunun vacibliyini çox gözəl bilir. AEL-in növbəti mərhələyə yüksəlmək üçün yetərli gücü olduğunu düşünürəm.Hədəfimiz bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bu mövsüm hədəfimizə çatmaq üçün bütün gücümüzü sərf edəcəyik”.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1. Cavab görüşü avqustun 12-də Bakıda keçiriləcək







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda