7 noyabr 2026. Şənbə

Qarabağ'ın rəqibində Bakı səfər öncəsi koronavirus aşkarlandı


Qarabağ'ın rəqibində Bakı səfər öncəsi koronavirus aşkarlandı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 12-də “Qarabağ”la cavab oyununa çıxacaq Kiprin AEL komandasının kollektivi Bakı səfəri öncəsi koronavirus testindən keçib.

Corner.az xəbər verir ki, futbolçulardan birinin COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koronavirus aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi