22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ Konfrans Liqasının pley-offunda!


Qarabağ Konfrans Liqasının pley-offunda!

Bu gün "Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində AEL (Kipr) ilə cavab görüşünü keçirib.

Qurban Qurbanovun çalışdırdığı komanda səfərdə baş tutan ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılmışdı. Ağdam təmsilçisi cavab görüşündə minimal hesabla qələbə qazanaraq pley-offa çıxıb.

Qeyd edək ki, “Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk matçda şotlandlar 3:2 hesablı qələbə qazanıb.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust

“Qarabağ” (Azərbaycan) – AEL (Kipr) 1:0
Qol: K.Malinovski, 87.
Baş hakim: Kristo Tohver (Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:1.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda