22 oktyabr 2024. Çərşənbə axşamı

Bu qol mənə ruh yüksəkliyi verdi - Qarabağ'ın legioneri


Bu qol mənə ruh yüksəkliyi verdi - Qarabağ'ın legioneri

"Həqiqətən də çox xoşbəxtəm. İlk növbədə, belə möhtəşəm kollektivə minnətdaram".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borqes evdə Kiprin AEL komandasını 1:0 hesabı ilə məğlub edərək, pley-offa vəsiqə qazandıqları oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan braziliyalı yarımmüdafiəçi bildirib ki, bu, kollektivin zəhmətidir: "Bütün komandaya təşəkkür edirəm. Bu qol mənə ruh yüksəkliyi verəcək. Lakin ilk 11-likdə yer almaq mənim qərarım deyil".

Qeyd edək ki, "Qarabağ”ın pley-offdakı rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda