- Konfrans liqası
- 02:04 08.11.2024
"Qarabağ"ı qələbə və növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bacardığımız qədər oynamağa çalışdıq. Nəticə məni razı sala bilməz. Amma komandamın mübarizəsindən razıyam. Göstərdilər ki, özümüzdən daha güclü rəqiblərə qarşı oynaya bilərik".
Corner.az-ın məlumatına görə, bunu Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Ağdam klubunun azarkeşlərinin stadionda yaratdığı atmosferdən razı qaldığını bildirib: "Meydanda ab-hava çox yaxşı idi. Ümid edirəm ki, koronavirusla bağlı məhdudiyyət başa çatacaq və bundan sonra dolu tribunalar qarşısında oynayacağıq. Uduzduğumuz üçün məyusuq. Amma bütün oyunlara qələbə üçün çıxırıq. Müəyyən istərahətdən sonra çempionata hazırlaşacağıq".
Kerkez ötən gün mətbuat konfransında jurnalsitləri rusca salamlamasının səbəbini də açıqlayıb: "Özüm Yuqoslaviyadanam. Çalışıram ki, olduğum ölkələrə yaxın dillərdə danışım".
O, öz oyunlarını göstərə bilmədiklərini vurğulayıb: "Meydançanın vəziyyəti hər iki komandaya mane oldu. Meydanda daha çox fiziki mübarizənin şahidi olduq. "Qarabağ" bizdən daha təcrübəlidir. Oyunumuzu analiz etməyə vactımız var. Bu cür komandalarla görüşlər bizim böyüməyimizə kpmək edir".
Mütəxəssis Kiprdə yerli azarkeşlərin Qurban Qurbanova qarşı hörmətsizliyindən də söz açıb: "Qurbanovu "Qarabağ"da 13-cü ili başa vurması münasibətilə təbrik edirəm. Bu, çox yaxşı ənənədir. Futbol emosiyalar oyunudur. Baş verənləri yaxşı qarşılamıram. Amma siyasəti futbola qarışdırmaq da istəmirəm. Bu gün bizə qarşı heç bir hörmətsizlik olmadı".(report)