"Neftçi” və “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Corner.az xəbər verir ki, bu, Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasına qalib gəlməlidi. Sözügedən komanda Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində evdə 7:2 hesabı ilə məğlub etdiyi “Torshavn”a Farer adalarında minimal hesabla yenilsə də, mərhələ adlayan tərəf olub
“Qarabağ” isə Şotlandiya “Aberdin”i ilə qarşılaşacaq. “Aberdin” İslandiyada 3:2 hesabı ilə qalib gəldiyi “Breydablik”ə doğma meydanında da qalib gəlməyi bacarıb - 2:1.
Qeyd edək ki, "Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin buna görə matçların tarixində dəyişiklik edilməsi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.