8 may 2026. Cümə

Qarabağ'a səfərdə qalib gəlməyə çalışacağıq - Aberdin'in baş məşqçisi


Qarabağ'a səfərdə qalib gəlməyə çalışacağıq - Aberdin'in baş məşqçisi

"Qarabağ"la ilk oyunumuz səfərdə olacaq. Orada yaxşı nəticə qazansaq, qrupa düşmək şanslarımızı saxlaya bilərik".

Corner.az-ın məlumatına görə, bunu Şotlandiyanın "Aberdin" klubunun baş məşqçisi Stiven Qlass UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, Bakıda Ağdam təmsilçisinə qalib gəlməyə çalışacaqlar: "Birinci məqsədimiz budur. Evdəki matçda isə azarkeşlərimizin də köməyi ilə bu səddi keçmək istəyirik. Qrup mərhələsinin bir addımlığındayıq. Bizi bu uğurdan cəmi 2 görüş ayırır".

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.(report)







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi