5 dekabr 2025. Cümə

Hazırda Neftçi ilə oyun daha vacibdir - Makkabi'nin baş məşqçisi


Hazırda Neftçi ilə oyun daha vacibdir - Makkabi'nin baş məşqçisi

"Nəticəni məni elə də narahat etmir. Məni ən çox düşünürəm, oyunçuların əksəriyyətinin istəksiz oynamasıdır".

Corner.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Farer adalarında "Torshavn"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

hayfa təmsilçisi məğlubiyyətə baxmayaraq, pley-offa yüksəlib və bu mərhələdə "Neftçi"yə rəqib olub. 42 yaşlı mütəxəssis artıq Azərbaycan təmsilçisi ilə matça kökləndiklərini bildirib: "Bu nəticəni unudub, məğlubiyyətdən dərs almalıyıq. Hazırda "Neftçi" ilə oyun bizim üçün daha vacibdir. Bu görüşə ciddi hazırlaşacağıq".

Qeyd edək ki, "Neftçi" və "Makkabi" arasında ilk oyun avqustun 19-da Bakıda, cavab matçı isə 1 həftə sonra Hayfada olacaq.(report)







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü