- Konfrans liqası
- 02:14 28.11.2025
"Neftçi" və "Qarabağ" komandalarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Corner.az xəbər verir ki, "ağ-qaralar"ın İsraildə Hayfa "Makkabi"sinə keçirəcəyi qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqasasına həvalə olunub. Görüşün referisi Aleksandr Stavrevə yan xətt hakimləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Deyan Yakimovski yerinə yetirəcək.

"Qarabağ"ın Şotlandiya "Aberdin"i ilə səfər görüşünə isə Avstriyalı hakimlər briqadasına tapşırılıb. Matçı Harald Lexner idarə edəcək. Laysmanlar Andreas Haydenrayx və Maksimilian Kolbiç, dördüncü hakim isə Culian Vaynberger olacaq.
Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi cavab oyunlarına avqustun 26-da çıxacaq. İlk matçlar isə avqustun 19-da baş tutacaq.