7 noyabr 2026. Şənbə

Qarabağ'la oyunlar bizim üçün çox vacibdir - Konsidayn


Qarabağ'la oyunlar bizim üçün çox vacibdir - Konsidayn

"Qarabağ"la pley-off matçları bizim üçün çox vacibdir. Bu, qrup mərhələsinə düşməyə can atan futbolçularımız üçün böyük şansdır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" klubunun futbolçusu Endryu Konsidayn "eveningexpress" nəşrinə açıqlamasında "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları barədə danışarkən deyib.

34 yaşlı müdafiəçi bildirib ki, avrokuboklarla yanaşı, ölkə çempionatında da uğur qazanmaq istəyirlər: "Bu, bizim başlıca məqsədimizdir. Avrokubokların əsas çətinliyi 3-4 gündən bir oyun keçirməkdir. Amma biz ötən tur səfərdə "Livinqston"u məğlub etməklə bu işin də öhdəsindən gələ biləcəyimizi göstərdik".

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi