22 sentyabr 2026. Çərşənbə axşamı

Bunlara reaksiya verməsək Bakıda da məğlub olacağıq


Bunlara reaksiya verməsək Bakıda da məğlub olacağıq

"Bu məğlubiyyətdən dərs çıxarmalıyıq".

Corner.az-ın məlumatına görə, bunu Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Liqa Kubokunda "Reyt Rovers"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "Premier Sports"a açıqlamasında deyib.

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan 45 yaşlı mütəxəssis hesabda önə keçdikdən sonra oyuna nəzərət edə bilmədiklərini söyləyib: "Düşünürəm ki, önəmli olan komandamın buna reaksiyasıdır. Əgər reaksiya verməsək Bakıda da məğlub olacağıq".

Qlass matçda zədələnən Rayan Hedjes və Conni Heyzin durumunun yaxşı olmadığını bildirib: "Ümid edirəm ki, zədələri ciddi deyil".

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 19-da, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə