22 sentyabr 2026. Çərşənbə axşamı

Neftçi Makkabi ilə oyunun biletlərini satışa çıxarır


Neftçi Makkabi ilə oyunun biletlərini satışa çıxarır

"Neftçi” Bakıda İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəyi Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletləri sabah saat 12:00-da satışa çıxaracaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək olar. Kassalar saat 10:00-dan 21:00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 19-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyunu saat 21:00-da başlayacaq.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə