22 oktyabr 2024. Çərşənbə axşamı

Zubir öz mövqeyində hər kəsdən fərqlənir - İrlandiyalı veteran futbolçu


Zubir öz mövqeyində hər kəsdən fərqlənir - İrlandiyalı veteran futbolçu

"Zubirin əla tarazlığı var və hə iki ayağı ilə möhtəşəm oynayır".

Corner.az-ın məlumatına görə, bunu irlandiyalı veteran futbolçu Pet Fenlon "msn.com" saytına açıqlamasında Şotlandiya "Aberdin"inin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir barədə danışarkən deyib.

2011 - 2013-cü illərdə ölkəsinin "Hibernians" klubunda mərakeş əsilli fransalı yarımmüdafiəçinin baş məşqçisi olmuş 52 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətində keçmiş oyunçusunu fərqləndirib. O bildirib ki, 30 yaşlı yarımmüdafiəçinin topla rəftarı, meydanı görmə bacarığı və mövqe duyumu çox yaxşıdır: "O, sadə oynayır, futbolçuları başına yığıb, aldatmağı xoşlayır. Zubir öz mövqeyində hər kəsdən fərqlənir".

Abdullah Zubir 2013/2014 mövsümündə icarə əsasında "Hibernians"ın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də Bakıda, ikinci qarşılaşma isə avqustun 26-da səfərdə olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda