22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi Bakıya ciddi itki ilə gəlir


Qarabağ'ın rəqibi Bakıya ciddi itki ilə gəlir

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Şotlandiya "Aberdin"i Bakıya ciddi itki ilə gəlir.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb.

Uelsli futbolçu bu səbəbdən komanda ilə birlikdə Azərbaycan paytaxtına gətirilməyib.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda