23 noyabr 2024. Şənbə

Azərbaycanda yaxşı nəticə qazanmalıyıq - Aberdin'in futbolçusu


Azərbaycanda yaxşı nəticə qazanmalıyıq - Aberdin'in futbolçusu

"Qarabağ"la matçda qələbə qazanaraq vəziyyəti dəyişməliyik. İstənilən nəticə qeydə alına bilər. İlk qarşılaşmanın səfərdə olması həmişə üstünlükdür".

Corner.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının futbolçusu Cey Emmanuel-Tomas yerli mətbuata açıqlamasında Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının ilk oyunu barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi ikinci görüşün azarkeşlərin iştirakı ilə evdə keçirilməsini müsbət amil hesab edib: "Qrup mərhələsinə vəsiqə qazanmaq böyük məna kəsb edəcək. İlk oyundan etibarən əsas məqsədlərimizdən biri budur. Avrokubokların qrup mərhələsində çıxış etmək əla olar. Cavab matçından əvvəl Azərbaycanda yaxşı nəticə qazanmalıyıq. Sonra onları "Pittodri" stadionunda qarşılayacağıq və işi başa çatdıracağıq. Qrup mərhələsinə yüksəlmək niyyətindəyik".

Emmanuel-Tomas Liqa Kubokunda "Reyt Rovers"ə 1:2 hesabı ilə uduzduqları görüşü da xatırlayıb: "Bazar günü güclü zərbə aldıq, amma bu, əhvalımızın düşəcəyi demək deyil. "Reyt Rovers"lə matçda baş verənləri dəyişə bilərik. Həmin oyunu unudub, "Qarabağ"a qarşı zehni olaraq hazırlaşmalıyıq. Növbəti hədəf bu komandanı keçməkdir".

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.(report)







Konfrans liqası