22 oktyabr 2024. Çərşənbə axşamı

Aberdin Qarabağ'la oyun üçün satışa 18 min bilet çıxardı


Aberdin Qarabağ'la oyun üçün satışa 18 min bilet çıxardı

Şotlandiyanın “Aberdin” klubu “Qarabağ”a qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin ev oyununun biletlərini satışa çıxarıb.

Corner.az xəbər verir ki, “Pittodri” stadionunda keçiriləcək cavab qarşılaşması üçün satışa 18 min bilet çıxarılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, bilet qiymətlərinin 3-cü mərhələnin “Breydablik”lə (İslandiya) ev oyununa nisbətdə endirildiyi vurğulanıb. “Qarabağ”la matç üçün biletlərin qiymətləri 6-20 funt-sterlinq arasında dəyişdiyi bildirilir.

Avqustun 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda