22 oktyabr 2024. Çərşənbə axşamı

Bakıdan sərfəli nəticə ilə qayıtmaq istəyirik - Makkabi'nin futbolçusu


Bakıdan sərfəli nəticə ilə qayıtmaq istəyirik - Makkabi'nin futbolçusu

"Sabahkı matç çox çətin olacaq. Amma hazırda öz oyunumuz haqqında fikirləşirik. Düşünürəm ki, hazırda önəmli olan budur. Yaxşı nəticə qazanmağa çalışacağıq".

Corner.az-ın məlumatına görə, bu sözləri İsrailin "Makkabi" (Hayfa) komandasının futbolçusu Məhəmməd Abu Fani Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi bu cütün favoriti olmadığını bildirib: "Özümüzü favorit saymıram. İki oyun olacaq. "Neftçi" bura gəlib çatıbsa, deməli, bizimlə eyni səviyyədədir. Meydanda ən yaxşı oyunumuzu sərgiləmək istəyirik. Bakıdan sərfəli nəticə ilə qayıtmaq fikrindəyik".

Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda