23 noyabr 2024. Şənbə

Bu bizim üçün son şansdır - Samir Abbasov


Bu bizim üçün son şansdır - Samir Abbasov
"Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sabahkı oyunun çətinliyindən və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacarığımızı meydanda qoymaq istəyirik. Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" daha çətindir. Heyətdə təhlükəli oyunçular çoxdur. Biz buna hazırıq. İnanıram ki, sabah əlimizdən gələni edəcəyik.
 
Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Sabahkı oyuna nə qədər hazır olacaqlar bilmirəm. Sabir Buqrin və Sezar Meza Kolli sabah meydanda olacaq. Hər şeyi meydanda görəcəyik. Huqo Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Sabah bəlkə ehtiyat oyunçular skamyasında yer aldı. Çox güman ki, oynamayacaq”.






Konfrans liqası