7 noyabr 2026. Şənbə

Meydana qələbə üçün çıxacağıq - Neftçi'nin legioneri


Meydana qələbə üçün çıxacağıq - Neftçi'nin legioneri

"Sabahkı oyunun çətin olduğunu bilirik. Meydana qələbə üçün çıxacağıq. Matça çox yaxşı hazırlaşmışıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin müdafiəçisi Mert Çelik İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

21 yaşlı müdafiəçi rəqibin kimliyinin önəmli olmadığını söyləyib: "Sabah öz meydanımızda oynayacağıq. Ümid edirəm ki, səfərə sərfəli nəticə ilə gedəcəyik”.

Mert Çelik hər gün özünü inkişaf etdirməyə çalışdığını vurğulayıb: "Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm”.

Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi