22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın yeni transferi Aberdin'ə qarşı oynayacaq


Qarabağ'ın yeni transferi Aberdin'ə qarşı oynayacaq

"Qarabağ"ın yeni transferi İbrahima Vadji Şotlandiya "Aberdin"i ilə UEFA Konfrans Liqasının görüşlərində iştirak edə biləcək.

Corner.az-ın məlumatına görə, seneqallı forvardın adı Azərbaycan klubunun sifariş ərizəsinə daxil edilib. UEFA-ya təqdim edilən siyahıda 26 yaşlı oyunçu Musa Qurbanlı və Ramil Şeydayevlə birgə hücumçu kimi yer alıb.

Vadji ilə bu gün 3 illik müqavilə bağlanılıb. O, 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə ilk görüşünü avqustun 19-da evdə, cavab görüşünü avqustun 26-da səfərdə keçirəcək







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda