22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçi'nin kapitanı: Artıq başqa yolumuz yoxdur


Neftçi'nin kapitanı: Artıq başqa yolumuz yoxdur

"Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.

Corner.az həmin müsahibəni təqdim edir.

- Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
- Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.

- Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
- Çatışmazlıqlar çoxdur. Əvvəla daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.

- Necə düşünürsünüz, İsrailin “Makkabi” (Hayfa) klubunu keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksinizmi?
- “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.

- 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdınız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiniz?
- Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.

- Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiniz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusunuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısınız. Qarşıda azı 2 oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiniz?
- Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda