22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ Aberdin'i məğlub yola saldı


Qarabağ Aberdin'i məğlub yola saldı

"Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. 

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin pley-off mərhələsi çərçivəsində doğma meydanda Şotlandiyanın “Aberdin” klubunu qəbul edib.

Cari mövsümdə məğlub olmayan "köhlən atlar" uğurlu seriyanı şotlandiyalılarla dueldə də davam etdirib. Azərbaycan təmsilçisi rəqibə minimal hesabla qalib gəlib.

Qeyd edək ki, bu kollektivlərin cavab görüşü avqustun 26-da Şotlandiyada keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
19 avqust

“Qarabağ” – “Aberdin” 1:0
Qol: X.Romero, 30.
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda