8 may 2026. Cümə

Makkabi'nin qapıçısı Neftçi ilə matçda başı yarıldı


Makkabi'nin qapıçısı Neftçi ilə matçda başı yarıldı

İsrailin "Makkabi" (Hayfa) komandasının qapıçısı Coşua Koen Bakıda "Neftçi"yə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda xəsarət alıb.

Corner.az-ın məlumatına görə, amerikalı qolkiper "flaqman"ların kapitanı Emin Mahmudovla üzbəüz epizodda zədələnib. Başı yarılan 29 yaşlı qapıçı tibbi yardım göstərildikdən sonra oyunu davam etdirib.

Mahmudova isə sarı vərəqə cəzalandırılıb.

Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab bərabərdir - 3:2.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi